Zaxarova: “Qarabağda atəşkəs pozuntuları qeydə alınmayıb”

“Son günlər Dağlıq Qarabağ zonasında sabit vəziyyət qalmaqdadır”.

Millitribuna.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, atəşkəs pozuntuları qeydə alınmayıb. Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 27 müşahidə məntəqəsində vəziyyəti izləyir, ərazini partlayıcı maddələrdən təmizləməyə davam edir.

Zaxarova, həmçinin qeyd edib ki, sülhməramlılar qaçqınların Dağlıq Qarabağa qayıtması üçün təhlükəsizliyi təmin edir.(azvision.az)