“Sumqayıt” – “Qarabağ” matçının hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasının XVI turunun ilk oyun günündə keçiriləcək qarşılaşmalara hakim təyinatları açıqlanıb.

Millitribuna.az-ın məlumatına görə, “Səbail” – “Sabah” matçı Rəhim Həsənova, “Sumqayıt” – “Qarabağ” görüşü isə Rəşad Əhmədova həvalə olunub.

19 fevral (cümə)

16:00. “Səbail” – “Sabah”
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Bakı, “ASCO Arena”.

18:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev

Sumqayıt, “Kapital Bank Arena”.

Qeyd edək ki, turun digər 2 oyunu fevralın 20-də keçiriləcək. “Keşlə” “Zirə”ni, “Neftçi” “Qəbələ”ni qəbul edəcək.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir