NASA-nın aparatı Marsa eniş edib

ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Mars planetinə “Atlas V” raketi vasitəsilə göndərdiyi “Perseverance” adlı aparat qırmızı planetə eniş edib.

Millitribuna.az-ın məlumatına görə, eniş təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində bütün əməliyyatlar avtomatik həyata keçirilib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.

“Perseverance” aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.

Aparat 23 ədəd kamera ilə təchiz olunub, 2 ədəd mikrofon vasitəsilə alimlər Mars səthində olan səsləri qeydə ala biləcəklər.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *