Koronavirusun daha bir növü aşkarlanıb

“B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxan var.

Norveçdə koronavirusun mutasiyaya uğramış yeni növü aşkar edilib.

Millitribuna.az xəbər verir ki, bu barədə məlumatı “NRK” televiziya şirkəti məlumat yayıb.

Ötən gün ərzində “B.1.525” adlanan yeni növə 10-a yaxın yoluxma hadisəsi qeydə alınıb.

Norveç Səhiyyə İnstitutunun şöbə müdiri xanım Layn Vold bildirib ki, yeni ştammın yoluxucu olub-olmaması barədə yetərli məlumat yoxdur və yeni koronavirus müşahidə altında saxlanılacaq

Həkimlərin fikrincə, yeni ştammın koronavirusun Böyük Britaniya və Cənubi Afrika mutasiyaları ilə oxşarlığı var. (report)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *