İsrail tam təcrid rejiminin müddətini uzatdı

İsrail hökuməti daha əvvəl yanvarın 26-dan fevralın 20-dək tətbiq olunan ölkəyə giriş-çıxış qadağasının daha iki həftəlik müddətə uzadılmasını təsdiqləyib.

Millitribuna.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisindən bildiriblər.

“Telefon səsverməsində hökumət İsrailə giriş-çıxış ilə əlaqədar mövcud məhdudiyyətlərin daha 14 gün – martın 6-dək uzadılmasını təsdiqləyib”, – məlumatda deyilir.

Qeyd edək ki, fevralın 7-də İsraildə yanvarın 8-dən etibarən tətbiq olunan ümumi karantin rejiminin yumşaldılmasına başlanılıb. Yumşalmanın ilk mərhələsində əsassız halda yaşayış yerindən 1 km-dən çox məsafəyə getmək qadağası götürülüb, milli parklar və qoruqlar açılıb, restoran və kafelərin çatdırılma xidmətləri göstərməsinə icazə verilib. Bazar günü isə karantin məhdudiyyətlərinin yumşaldılmasının ikinci mərhələsi başlayacaq. Bu dəfə ticarət mərkəzləri, bazarlar, küçə mağazaları, muzeylər və kitabxanalar açılacaq, peyvənd olunmuş israillilərin idman salonlarına və üzgüçülük hovuzlarına, habelə mədəni tədbirlərə getməsinə icazə veriləcək. (virtualaz.org)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *