Erkən nikah problemini necə həll edək? – Ekspert rəyi

Kəmalə Ağazadə: “Sanki cəmiyyətdə pedofiliya sevgisi formalaşır”.

Son günlər cəmiyyətdə Gürcüstanda yaşayan azərbaycanlı ailənin azyaşlı qızını 15 yaşlı oğlanla nişanlaması xəbəri geniş müzakirə mövzusuna çevrilib. Erkən nikah probleminin cəmiyyətdə yaratdığı narahatlıq nəzərə alınaraq Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə ilə mətbuat konfransı təşkil olunub.

Kəmalə Ağazadə deyir ki, erkən nikah problemi bir fəlakətdir:

“Evində uşağı olan hər kəs bu mövzunu nə qədər ağrılı olmasını hiss etməlidir. Bu bizim dünənki mentalitetimizdə olub, amma gəlin bunu sabaha aparmayaq. Erkən nikah probleminə cəmiyyətdə fərqli fikirlər formalaşır. Xüsusən də kişilərin bu məsələdə erkən nikahı müdafiə edən mövqeyi üstünlük təşkil edir. Deyərdim ki, bununla cəmiyyətdə pedofiliya sevgisi formalaşır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir