Azərbaycanın istehlak bazarı 8 % azalıb

Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,8 milyard manat olub.

Millitribuna.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 % azdır.

Məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri illik müqayisədə 8 % azalaraq 3,7 milyard manat olub, onun da 47,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında bir istehlakçı orta hesabla 382 manat və yaxud 1 il əvvələ nisbətən nominal ifadədə 20,5 manat az vəsait xərcləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir