Taksidən istifadə edənlərin sayı artıb

2021-ci ilin ilk ayında nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68,5 milyon sərnişin daşınıb.

Millitribuna.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin yanvar ayı ilə müqayisədə 46,6% azdır. Sərnişinlərin 92,1%-i avtobus, 7,9%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Məlumata görə, hesabat ayında taksi ilə 5 430,0 min sərnişin daşınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 16,1% çoxdur.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *