Mədəniyyət Nazirliyi bu il üçün əsas hədəflərini açıqlayıb

Mədəniyyət Nazirliyi xalqımızın yaratdığı zəngin mədəniyyəti və maddi-mənəvi irsi qorumaq, inkişaf etdirmək, məzmununu zənginləşdirmək və gələcək nəsillərə layiqincə çatdırmaq, eləcə də dünya miqyasında onu təbliğ etmək, habelə bu sahədə dövlət siyasətini səmərəli şəkildə həyata keçirmək məqsədilə 2021-ci il üçün əsas hədəflərini elan edib.

Nazirlikdən bildirilib ki, həmin hədəflər aşağıdakılardır:

— Mədəniyyət sahəsində və idarəetmə sistemində islahatların aparılması

— Mədəniyyət və yaradıcılığın inkişafı və məzmununun zənginləşdirilməsi

— Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı

— Mədəni irsin qorunması, bərpası və inkişafı

— Mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası

— “Nizami Gəncəvi ili” ilə bağlı yerli və beynəlxalq səviyyədə tədbir və layihələrin həyata keçirilməsi

— Azərbaycan mədəniyyətinin dünyada təbliğinin gücləndirilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi

— Azərbaycan mədəniyyətinin ölkə daxilində təbliği məqsədilə layihə və tədbirlərin həyata keçirilməsi

— COVID-19 pandemiyası ilə əlaqədar mədəniyyət sahəsində yaranan çağırışların həll edilməsi

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *