Yunanıstanlı baş məşqçi: “Azərbaycan millisi keyfiyyətli komandadır”

“Məğlubiyyətdən sonra heç vaxt xoşbəxt ola bilməzsiniz, amma konsentrasiya göstərməyimiz və rəqibin ritminə qapılmamağımız çox vacibdir”.

Millitribuna.az xəbər verir ki, bu fikirləri futzal üzrə Yunanıstan millisinin baş məşqçisi Yannis Ziavas Avropa çempionatının seçmə mərhələsində Afinada Azərbaycan seçməsinə 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Mütəxəssis Azərbaycan futzalçılarının potensialına bələd olduqlarını bildirib: “Rəqib bu matçı və bütün qarşılaşmaları yüksək tempdə oynayan keyfiyyətli komandadır. Yalnız futbolçularımın səylərindən məmnun qala bilərəm. Önəmli olan böyük komandalarla məsafəmizin daralmasıdır. Təcrübə toplamalıyıq. Bu dönəmdə xal yığsaq, özümüzə inam artacaq və stimul üçün daha yaxşı olacaq”.

Qeyd edək ki, ardıcıl ikinci qələbə sayəsində xalını 6-ya çatdıran Azərbaycan yığması 3-cu qrupda vahid lider olub. Komanda daha əvvəl Slovakiyanı Bakıda 4:1 hesabı ilə üstələyib. Qrupda Moldova millisi də mübarizə aparır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir