“ATƏT sülhün təminində vacib rol oynamalıdır” – Ann Linde

“Münaqişələrin həlli İsveçin ATƏT sədrliyidə vacib prioritetidir”.

Millitribuna.az xəbər verir ki, bunu İsveç Krallığının xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, ötən il Dağlıq Qarabağ münaqişəsindəki alovlanmadan insanlar böyük əziyyət çəkdilər.

“Bu, bizə onu göstərdi ki, münaqişələrin bir hissəsi həll olunmamış qalır və ATƏT davamlı sülhü təmin etmək üçün vacib rol oynamalıdır. Beynəlxalq humanitar hüquq bizim fəaliyyətimizdə mayak rolunu oynayacaq. Minsk qrupu həmsədrləri, xüsusi nümayəndəm tam dəstək alacaq”, – deyə ATƏT sədri bildirib. (azvision.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir