Sədr: “Milli Məclis Prezidentin siyasətini dəstəkləmək üçün əlindən gələni edir”

“Şanlı Ordumuz düşməni darmadağın edərək ərazi bütövlüyümüzü təmin edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb”.

Millitribuna.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O vurğulayıb ki, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq: “Biz bu torpaqlarda əbədi yaşayacağıq”.

Sədr bildirib ki, Milli Məclis Prezidentin apardığı siyasəti dəstəkləmək üçün əlindən gələni edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir