“Parklarda yatıb, atılan bayat çörəkləri yeyirdim”

Türk sənət musiqisinin sevilən ifaçılarından olan Selami Şahin şəxsi həyatı ilə bağlı etiraflar edib.

Millitribuna.az axşam.az-a istinadən bildirir ki, 72 yaşlı sənətçi müsahibələrindən birində ifaçılığa  başladığı gənc yaşlarında yaşadığı çətinliklərdən və ağır günlərindən danışıb:

“15 yaşımda bir kamazın yük yerinə minib şəhərə gəldim. Cibimdə qara qəpiyim də yox idi. İş axtarmağa başladım. Bir yeməkxanada offisant işləməyə başladım. Adana, İskenderun kimi şəhərlər də səfil həyatı yaşadım. Daha sonra İstanbula üz tutdum. Əlimdə taxta çəmədanla iş axtarmağa başladım.

Bir oteldə iş tapdım. Ən yuxarı mərtəbədə xalçaları üst-üstə yığıb orada yatırdım. Lakin pulum az idi. Yeməyimi belə ödəyə bilmirdim. Oradan ayrılıb bir dükanda çalışmağa başladım. Oradan da atdılar məni.

Parklardan birində skamyada yatmağa başladım. Pulum olmadığından zibil qutusuna atılan bayat çörəkləri yeyirdim. Çox ağır günlər yaşadım”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *