“Parlamentin yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək. Bundan əlavə, sessiya dövründə “2020-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq”.
Millitribuna.az-ın xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bugündən Milli Məclisin yeni saytı istifadəçilərin ixtiyarına verilib.