Metronun bütün stansiyalarının rəisi dəyişdirildi

“Bakı Metropoliteni”ndə dövrü olaraq stansiya rəislərinin iş yerləri dəyişdirilir. QSC sədrinin son əmrinə uyğun olaraq, 26 stansiyadan 23-də belə yerdəyişmələr edilib”.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Modern.az-a verdiyi məlumata görə, yeni inşa olunmuş və istismara hazırlanan “8 Noyabr”, həmçinin “Nizami” və “Xalqlar dostluğu” stansiyalarının rəisləri yeni təyin edildiyindən onlar məsul olduqları stansiyalarda tutduqları vəzifələrdə saxlanılıblar:

“Stansiya rəislərinin yerdəyişməsi Bakı metropolitenində mütəmadi həyata keçirilən bir prosesdir. Bu, hərəkətin təşkili baxımından mütəxəssis heyətinin peşəkarlığını daha da yüksəltməsi, daim yeniliklərə meyilli olmasını təmin edir. Metropoliten stansiyaları sərnişinə xidmət baxımından bir-birindən çox fərqlənməsə də, texniki-istismar xüsusiyyətləri, infrastruktur səciyyələri və digər məsələlərlə bağlı bir-birindən fərqlənir”.

B.Məmmədov deyib ki, həmçinin, yerdəyişmələr stansiya rəislərinin peşə vərdişlərini möhkəmlətməsi, peşə qabiliyyətini artırması, bilik və bacarıqlarını praktiki cəhətdən zənginləşdirməsi baxımından da əhəmiyyət kəsb edir və yekun olaraq Bakı metropolitenində kadrların optimal hazırlıq səviyyəsində olmasını təmin edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *