Keçi südündə koronavirusa təsir edən zülal tapılıb

Keçi südündə Covid-19-a qarşı təsirli protein aşkarlanıb.

Millitribuna.az xəbər verir ki, Türkiyənin Marmara Universitetinin müəllimləri – professorlar Tuğba Tunalı Akbay, Göksel Şener və dosent Betül Okuyan, keçi südündə yeni növ koronavirusa (Covid-19) qarşı təsirli bir protein tapıblar.

Alimlərin keçi südünün Covid-19-a təsiri mövzusunda apardığı araşdırma barədə məqalə “European Journal of Pharmacology”da dərc olunub.

Professor Akbay deyib ki, keçi südü əsaslı bir zülal olan beta-laktoqlubulini müəyyən fermentlərlə işlədikdən sonra yaranan “bioaktiv peptid” deyilən hissələrin koronavirusa təsir etdiyini görüblər. Onlar kompüter proqramları vasitəsilə bu peptitdlərin virusun bütün bağlanma nöqtələri ilə qarşılıqlı əlaqəyə girdiyini müşahidə ediblər. Məlum olub ki, bu zülal reseptorları bloklayır və virusun hüceyrəyə daxil olmasına mane olur.

Alimlərin sözlərinə görə, qoruyucu bir proteinin olması bir dərmanın hazırlanması baxımından qiymətləndirilməlidir. Bu layihə burun spreyi, maskalara püskürdülən bir sprey və ya maskaların daxilinə qoyula bilən bir material kimi istifadəyə təklif edilə bilər.

Professor Tuğba Tunalı Akbay bildirib ki, bu tapıntını keçi südü içməklə qarışdırmaq olmaz. Yəni keçi südündə olan bioaktiv peptitdlərdən keçi südü içərək faydalana bilmərik: “Bu peptitdləri keçi südündən istifadə edərək əldə etmək olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir