İsrail Türkiyə ilə əlaqələri bərpa etməyə tələsmir

Raqib Soylu

“Middle East Eye”, 31.01.2021

İsrail mediasında, Ankara ilə uzlaşma şərti olaraq, HƏMAS liderlərinin bir çoxunu deportasiya etmə kampaniyası Türkiyəni getdikcə daha çox narahat edir.

Bir anonim mənbə bildirib: “Bir oyunu dayandırmalıdırlar”.

Co Bayden ABŞ prezidenti seçildiyi gündən bəri kəşfiyyat qurumları vasitəsi ilə Türkiyə və İsrail fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar.

Son danışıqlardan sonra İsrail rəsmiləri mediada Ankaraya tələblər irəli sürməyə başlayıblar.

Keçən həftə sağçı “Yedioth Ahronoth” qəzeti İsrailin yüksək səviyyəli bir diplomatından sitat gətirərək, Ankara HƏMAS-a qarşı sərt addım atmayana qədər İsrailin səfir mübadiləsi etməyəcəyini bildirib. Bundan başqa, Fələstin hərəkatı İstanbulda gizli özək qurma, Fələstin Muxtariyyəti, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı kiber hücumlar etməkdə təqsirləndirilib.

Eyni diplomat HƏMAS-ın “İordan çayının qərb sahilində terror fəaliyyətlərini idarə etdiyi və maliyyələşdirdiyini, Türkiyədəki fələstinliləri bu işə sürüklədiyini” də iddia edib.

Anonim türk rəsmisi bildirib: “Bizdən olmayan şeylərə son qoyulmasını tələb edirlər. Türkiyədə kiber hücumlar təşkil edən HƏMAS-ın gizli özəyi yoxdur. Ölkəmizdə, Gilad Şalit də daxil olmaqla, məhbus mübadiləsi çərçivəsində Türkiyəyə göndərilən HƏMAS liderləri var”.

İsrail 2011-ci ildə Şalitin HƏMAS nəzarətindən sərbəst buraxılması müqabilində mindən çox fələstinli məhkumu sərbəst buraxıb. Sonra onları Türkiyə, Suriya və Qətərə sürgün edilib.

Müəmmalı sitatlar

Türk səlahiyyətlilər MEE-yə həm “Yedioth Ahronoth”, həm də İngiltərənin “The Times” qəzetində İsrail jurnalisti Anşel Pfefferin guya Ankaranın son vaxtlar HƏMAS-a qarşı repressiyaya başlaması barədə “türk mətbuatı xəbərlərinə” istinad etdiyini söyləyiblər.

“Yedioth Ahronoth” Ankaranın son vaxtlar HƏMAS üzvlərinə qadağa tətbiq etdiyini və İstanbul Beynəlxalq Hava Limanında əməliyyatçılardan birini tutduğunu, deportasiya edilməzdən əvvəl onun 6 saat dindirildiyini yazıb. Halbuki bu kimi iddialarla əlaqəli heç bir türk mediası məlumat verməyib.

“Türkiyə hesabatları”na istinad və ya keçid olmadan “Times” da bu həftənin əvvəlində HƏMAS-ın “Türkiyədə sıxışıdırıldığını” və Türkiyə prezidenti Tayyib Ərdoğanın İsrailə mesajı verdiyini iddia edib.

“Hər hansı bir dəlil olmadan bir çox ittiham səslənib. Onlar hansı hesabatlardan danışırlar? – deyə başqa bir türk rəsmisi bildirib. – Sadəcə açıq şəkildə bizdən yoxsul fələstinli universitet tələbələrinin həbsini istəyirlər”.

Türk rəsmisi “Times”-da HƏMAS-ın İstanbulun Başakşehir məhəlləsində qondarma xeyriyyə təşkilatları vasitəsi ilə gəncləri işə götürdüyünü, daha sonra onları işğal altındakı Qərbi Şəriyyədəki terror hücumlarında istifadəsi iddialarını təkzib edib.

İsrailin media vasitəsilə irəli sürdüyü tələblər Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlunun keçən həftə Ankaranın da barışmazdan əvvəl öz tələbləri olduğunu söyləməsinə səbəb olub.

Çavuşoğlu bildirib: “Qərbi Şəriyyədə qanunsuz yaşayış yerlərinin inşası dayandırsınlar. Fələstinlilərə qarşı etdikləri qanunsuz hərəkətləri dayandırmasalar, münasibətimizi düzəltmə mənalı olmaz. Çünki fələstinlilərə qarşı hərəkət etdikləri zaman, onlar mütləq cənuba, Qəzzaya gedəcək”.

Türkiyənin HƏMAS-a dəstəyini tezliklə azaldacağına dair heç bir işarə yoxdur.

Bir türk mənbə bildirib ki, HƏMAS-ın Türkiyədəki mövcudluğu ilə əlaqədar hay-küy arxasında konkret dəlil yoxdur. “Hər şey Türkiyəyə təzyiqi artırmaq üçündür”.

Zəminin hazırlanması

İsrail Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun (INSS) baş elmi işçisi Qalliya Lindenstrauss İsrail rəsmilərinə istinadla verilən bütün media məlumatlarının bir şeyə işarə etdiyini düşünür: İsrail münasibətləri düzəltməyə tələsmir.

O bildirib: “Türkiyə İsraillə yeni bir səhifə açmaq niyyətində ciddi olduğunu göstərməlidir. HAMAS-ın türk torpaqlarında təşkil etdiyi hərbi əməliyyatların dayandırılması üçün Türkiyənin daha ciddi bir şəkildə çalışması tələb yeni deyil və bu məsələ İsrail tərəfindən olduqca ardıcıl şəkildə qaldırılıb”.

Bu tələb riskləri artır, digər tərəfdən, Ankara İsrailin ittihamlarını tamamilə rədd edir.

Türk səlahiyyətlilər, BƏƏ və Bəhreyn də daxil olmaqla, bir neçə rəqib ərəb ölkəsi ilə normallaşma sazişlərinə baxmayaraq, İsrailin Ankara ilə münasibətləri düzəltməkdə maraqlı olduğuna inanırlar. “Türkiyə regional güc mərkəzlərindən biridir. Əlbəttə, bizimlə danışmaq istəyirlər. Hər iki ölkəni barışmağa sövq edə biləcək Bayden rəhbərliyini buna hazırlamaq üçün tələbləri açıq şəkildə ortaya qoyurlar”.

Ankara İrit Lillianın İsrailin Türkiyədəki səfiri vəzifəsinə təyin edilməsini (Bolqarıstanda səfir işlədiyi və Türkiyə üzrə bir mütəxəssis olduğu üçün) müsbət bir işarə kimi qiymətləndirir.

Vaşinqtondakı bir mənbə Türkiyə ilə münasibətləri düzəltməyə dəstək verən İsrail rəsmilərinin və əks fikirli “şahinlər”in olduğunu söyləyib. “Amma bunu anlamaq vacibdir: daha çox maneə yaradan iddiaları kim sızdırır: “şahinlər”, yoxsa “göyərçinlər”?”

Tərcümə: Strateq.az

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *