II Yelizaveta dünya liderləri ilə görüşəcək

Böyük Britaniya kraliçası II Yelizaveta iyunda G7 sammitindən əvvəl Bukinhem sarayında ABŞ prezidenti Cozef Baydeni və başqa dünya liderlərini qəbul edəcək.

Millitribuna.az xəbər verir ki, Böyük Britaniya və ABŞ arasındakı münasibətləri inkişaf etdirmək üçün kral və hökumət məmurları tərəfindən hazırlanmış planlara uyğun olaraq qəbulda həmçinin Uels şahzadəsi, Kornuoll hersoginyası, Kembric hersoqu və hersoginyası da iştirak edəcəklər.

“Böyük Yeddilər”in (G7) növbəti sammiti Böyük Britaniya Kornuoll yarımadasının (Atlantik okeanı) Karbis-Bey kurort şəhərciyində iyunun 11-dən 13-ə qədər keçiriləcək.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya və Avropa Birliyi liderlərinin görüşünə Avstraliya, Hindistan və Cənubi Koreyanın rəhbərləri də dəvət olunacaq. Rəsmi məlumata əsasən G7 liderləri görüşdə koronavirus pandemiyası və iqlim dəyişiklikləri kimi ümumi problemləri müzakirə edəcəklər. Sammitdə həmçinin əhalinin sərbəst ticarətə ümumi çıxışı, texnoloji tərəqqinin faydaları və elmi kəşflər mövzularını da qaldırılacaq.(report.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir