Pişik konservi yeyib, puluna qənaət edən milyonçu — Video

Las-Veqasdan olan milyonçu Emmi Elizabet puluna necə qənaət etməsindən danışıb.

Millitribuna.az «TLC» nəşrinə istinadən xəbər verir ki, milyonçu ay ərzində bütün xərclərini 1000 dollarla qarşılayacağını özünə şərt qoyub.

Əlavə xərclərdən yayınmaq üçün Emmi hamamdakı istilik sistemini yalnız duş qəbul edəndə 22 dəqiqəlik şəbəkəyə taxır, ikinci əl paltarlar geyinir. Ay ərzində qidalanmaq üçün aldığı ərzaqlar bitəndə isə pişik konservləri yeyir. Evi üçün yeni əşyalar almayan milyonçu qabyuyan süngəri süzülüb yararsız hala düşənə qədər istifadə edir.

Müntəzəm olaraq Los-Ancelesə ezamiyyətə gedən Emmi aviabiletlərə pul xərcləməmək üçün 17 ildir idarə etdiyi avtomobilindən istifadə edir:

«Mən bilirəm ki, insanlar bunu görür və bir çoxları qıcıqlanır, amma mənim vecimə deyil. Bununla il ərzində 200 min dollara qənaət edirəm».

Qeyd edək ki, Emminin hazırda 5,3 milyon dollar sərvəti var.(axsam.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *