Lənkəranda yol qəzası: 2 yaralı

Lənkəranda yol-nəqliyyat hadisəsi yaşayış massivini işıqsız qoyub.

Millitribuna.az-ın məlumatına görə, qəza gecə saatlarında şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb.

«BMW» markalı minik avtomobili idarəetmədən çıxaraq işıq və elektrik dirəklərinə çırpılıb. Avtomobildə olan 2 şəxs — şəhər sakinləri, 1995-ci il təvəllüdlü Elnur Eldar oğlu Zeynallı və 1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan İ.İsmayılzadənin vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəza nəticəsində hadisənin baş verdiyi ərazidə elektrik təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *