Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il yanvarın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,57 bənd təşkil edib.

Millitribuna.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, dekabrın 1-i ilə müqayisədə 0,22 bənd, ötən il yanvarın 1-nə nisbətən isə 0,91 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir