“Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləmir”

“İran-ABŞ və Avropa üçlüyü ilə imzalanan nüvə anlaşmasını xüsusilə dəstəkləmişdik. Təəssüf ki, Tramp administrasiyası bu razılaşmadan geri çəkildi, inşallah Bayden rəhbərliyi ilə İran və ABŞ yenidən bir razılığa dönəcəklər. Beləliklə, qardaş İrana qarşı sanksiyalar ləğv ediləcək”.

Millitribuna.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında bildirib.

O, Türkiyənin İranı ABŞ-ın sanskiyalarına qarşı dəstəklədiyini bildirib: “Qardaşım Cavada dedim ki, bu məsələdə Türkiyə olaraq lazımlı dəstəyi verəcəyik”.

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *