“Operativ Qərargah apreldə imtahanlara icazə verməsə, mayda keçiriləcək”

“İki ay ərzində 19 növ imtahan keçiriləcək. Ən kütləvi imtahanlar aprel-sentyabr ayları ərzində keçiriləcək. Bunlar buraxılış və qəbul imtahanlarıdır. Buraxılış imtahanı aprel ayında olacaq. İmtahanlara bir ay qalmış tarixlər elan olunacaq”.

Militribuna.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, ola bilər, Operativ Qərargah tərəfindən bu imtahanlara icazə verilməsin. O halda may ayında keçiriləcək.

M. Abbaszadə vurğulayıb ki, qəbul imtahanları üçün birinci şans mayda keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir