“O, xasiyyətinə görə karyerasına zərbə vurub” — Qurban Qurbanov

“Gerye əvəzedici heyətdədir. Hələ tam qəti qərarımı verməmişəm ki, mövsümün sonuna qədər əvəzedicilərdə qalacaq, ya yox. Futbolçunun cəzasının, intizamsızlığının müzakirə olunmasını istəməzdim”.

Millitribuna.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, komandanın haitili futbolçusu Donald Geryenin klubun toplanışına gəlmədiyi üçün cəzalandırılmasından danışıb: “Bundan sonra özünü idarə etməsindən, hansı tərəfdən aparmasından, cəzaya necə yanaşmasından asılı olacaq. Oyunçuya ehtiyacım var. Maksim Medvedevi sol cinahda oynadıram. Buna baxmayaraq, Geryeni cəzalandırdım. İstənilən futbolçu komandasına qarşı həddən artıq ciddi, məsuliyyətlə yanaşmalıdır. Gerye pis oğlan deyil, amma belə xasiyyətinə görə, karyerasına böyük zərbə vurub”.

Təcrübəli çalışdırıcı Geryenin “Qarabağ”ın cəzasının ədalətsiz adlandırmasına da münasibət bildirib: “Ədalətsiz sözünə qədər hamısı doğru idi. Ümumiyyətlə, Geryenin danışdığı ən doğru sözlərdir. Bəli, klub da onunla maraqlanırdı. Nə iləsə özünə bəraət qazandırmalı idi. Başqa şansı yox idi. Nədənsə, yalnız onda bu problemlər yaranır. Bəzən ailəsini başa düşmüşəm, göz yummuşam. Amma müəyyən həddə qədər göz yuma bilərəm. Lakin çempionat başlayandan sonra oyunçu gəlmirsə, bu, kluba hörmətsizlikdir. Bu müddətdə belə addım atmaq olmaz. Bəzi insanlar əllərinə fürsət düşəndə pandemiyadan istifadə etməyə çalışırlar. Düşünürlər ki, 3-5 gün gecikə bilərəm. Əgər bizim tərəfimizdən cəzalandırılıbsa, bu, ədalətli qərardır. Hər bir klubun öz kodeksi var. Cərimənin məbləğini bildirməyin isə heç tərəfdarı deyiləm”.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *