“Nurlan İbrahimova verilən cəza ağırdır” – Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimova UEFA tərəfindən verilmiş cəzanı şərh edib.

Millitribuna.az xəbər verir ki, assosiasiya rəsmisi Avropa futbol qurumunun çox ağır cəza verdiyini bildirib:

“Bu, təkcə irqçiliyə görə deyil, digər məsələlər də var idi. Başqa söz demək istəmirəm. İş apellyasiya məhkəməsindədir. Nə isə deməyim prosesə mənfi təsir edə bilər. Peşəkarlar bunun üzərində işləyirlər”.

E.Məmmədovun fikrincə, “Qarabağ”a kəsilən 100 min avroluq cərimə də həddindən artıq yüksəkdir: “Bununla bağlı da UEFA-ya müraciət olunub”.(qol.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir