Macarıstanda koronavirusa qarşı məhdudiyyətlər uzadılır

Macarıstan hökuməti koronavirusa qarşı tətbiq edilən məhdudiyyətlərin martın 1-dək uzadılmasını qərara alıb.

Millitribuna.az xəbər verir ki, bu barədə parlamentin təcili çağırılmış iclasında hökumət səlahiyyətliləri məhdudiyyətlərlə bağlı qadağanın 90 gün müddətinə uzadılması təklifini irəli sürəcək.

Qeyd edək ki, ölkədə axşam saatlarında dükanların və restoranların bağlanması da daxil olmaqla ötən ilin noyabrında tətbiq edilmiş mövcud məhdudiyyətlər fevralın 1-də bitməli idi.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir