İşğaldan azad edilmiş ərazilərdə milli parklar yaradılacaq

“İşğaldan azad edilmiş ərazilərimizdəki bir sıra qoruqların və yasaqlıqların statusunun dəyişdirilməsi planlaşdırılır”.

Millitribuna.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, qoruqların və yasaqlıqların statusunun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır:

“Bir necə qoruq və yasaqlığın bazasında yeni milli parkların yaradılması ilə bağlı düşüncələr var. Beynəlxalq ekspertlərin də cəlbi ilə bu məsələ müzakirə ediləcək”.(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir