İşçilərin elektron kabinetləri yaradılacaq

“Azərbaycanda hər bir işçinin özünün şəxsi elektron kabineti olacaq”.

Millitribuna.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Agentlik sədri bildirib ki, bununla bağlı elektron sistemin yaradılmasına başlanılıb.

““Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması çəriçvəsində ölkədə müxətlif sektorlarda çalışan işçilərin şəxsi kabinetləri yaradılacaq. “İişçinin şəxsi işi” artıq “işçinin şəxsi kabineti” ilə əvəz olunacaq. Bu sistemin tətbiqi ilə ölkədə kadr inzibatçılığı önəmli ölçüdə minimallaşacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir