“Atəşkəs iqtisadi əlaqələrin canlanmasına xidmət etməlidir” — Zərif

Türkiyə və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Məhəmməd Cavad Zərif birgə mətbuat konfransı keçirib.

Millitribuna.az xəbər verir ki, konfrans zamanı İran XİN rəhbəri Cavad Zərif İranın Cənubi Qafqazda sülh və sabitliyin qorunması eləcə də iqtisadi əlaqələrin inkişaf etməsində maraqlı olduğunu ifadə edib.

“Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistan səfərlərimdə hər zaman keçmişi gələcəyə gedən yol olaraq görməli olduğumuzu vurğuladım. Hazırda mövcud atəşkəs daha qalıcı hala gəlməli, ticarətin və iqtisadi əlaqələrin canlanmasını təmin etməlidir.

Hazırda hər 6 ölkə üçün zəmin hazırlanıb. Biz bölgənin və 6 ölkənin daha da inkişaf etməsi üçün fəaliyyətlər göstərə bilərik. Quru yolu, dəmiryolu və enerji məsələlərində əməkdaşlıq edə bilərik. Bu məsələdə çox nikbinəm”,- deyə Zərif qeyd edib. (qafqazinfo)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *