Məsut Özil: “Azərbaycana getmək istəyərəm”

“Bütün Azərbaycana salam olsun”.

Millitribuna.az xəbər verir ki, bunu “Fənərbaxça”nın yeni transferi Məsut Özil deyib.

Türkiyə klubu ilə bu gün münasibətləri rəsmiləşdirən ulduz futbolçu Azərbaycandakı “Fənərbaxça” azarkeşlərinə səslənib. İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda “İlin döyüşkən legioneri” seçilən ulduz futbolçu ölkəmizə gəlmək arzusunu da dilə gətirib:

“Hər kəsə təşəkkür edirəm. Qismət olarsa, Azərbaycana getmək istəyərəm. Təkcə oradakı “Fənərbaxça”lılara deyil, bütün Azərbaycana salam göndərirəm”.

Qeyd edək ki, Məsut Özil “Fənərbaxça” ilə 3,5 illik müqavilə bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir