Tütündən imtina üzrə “Qaynar xətt” istifadəyə veriləcək

Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir.

Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan vəfat edir, onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütünçəkənlərdir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir.

Millitribuna.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

“Unutmayaq ki, insanların əksəriyyəti siqaret çəkmir. Çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir