Tokioda Olimpiya Təsnifat Turniri təxirə salınır

Yaponiyanın paytaxtı Tokioda keçirilməsi planlaşdırılan sinxron üzgüçülük üzrə Olimpiya Təsnifat Turnirinin təxirə salınması planlaşdırılır.

Millitribuna.az report.az-a istinadən xəbər verir ki, buna səbəb Yaponiyada koronavirusa görə fevralın 7-dək fövqəladə vəziyyətin tətbiq edilməsidir.

Səlahiyyətli nümayəndələr müddəti daha bir ay uzatmaq niyyətindədirlər. Bu tədbirlər çərçivəsində əvvəlcədən əcnəbi və xaricdən ölkəyə qayıdan yaponiyalı idmançıları üçün güzəştlər ləğv edilib.

Beynəlxalq Üzgüçülük Federasiyası, «Tokio-2020″nin Təşkilat Komitəsi və Yaponiya Üzgüçülük Federasiyası yarışın aprel və ya maya təxirə salınma variantını müzakirə edir. Turnir 4 — 7 martda keçirilməli idi.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları bu il 23 iyul — 8 avqusta təxirə salınıb.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *