BVF: Neft bahalaşacaq

Beynəlxalq Valyuta Fondu (BVF) cari il üçün qlobal neft qiymətləri ilə bağlı proqnozunu yeniləyib.

Millitribuna.az xəbər verir ki, BVF neftin bir barrelinin qiymətini əvvəlki proqnozundan fərqli olaraq, 3,3 dollar yüksəldib və 50,03 dollara çatacağını bildirib.

Qeyd olunub ki, ötən il neftin orta hesabla qiyməti 41,29 dollar olub.

Hesabatda qeyd olunub ki, 2021-ci ildə neftin qiymətlərindəki artım gözləntiləri dünya iqtisadiyyatının proqnozlaşdırılan bərpasını əks etdirir.

BVF-nin proqnozuna görə, 2022-ci ildə neftin bir barreli 48,82 dollar olacaq.(axar.az)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *