Bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

Millitirbuna.az-ın xəbərinə görə, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri – 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir