Zərif regional səfərinin məqsədini açıqladı

“Dağlıq Qarabağ münaqişəsinin sona çatması münasibətilə Prezident Vladimir Putini və sizi təbrik edirəm. Bizim ümumi narahatlığımız münaqişənin qonşuluqda olması və insanların ölməsi idi”.

Millitribuna.az azvision.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla görüşdə deyib.

O bildirib ki, bu gün münaqişənin həllini ümumi bir fürsətə çevirmək üçün imkanlar var.

“Mənim regional səfərimin əsas məqsədlərindən biri də Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya liderinin iştirakı ilə imzalanan razılaşmalardan irəli gələn bu imkanların üzərində çalışmaqdır”.

Xatırladaq ki, Zərif bundan əvvəl Azərbaycanda olub, Rusiyadan sonra onun sabah Ermənistana, ardınca Gürcüstan və Türkiyəyə səfəri gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir