Şəhid ailələrinin istehlak kreditləri bağlanacaq

Şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.

Millitribuna.az xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə bu kreditlərin bağlanması həyata keçiriləcək.

E.Hüseynov əlavə edib ki, bu günə qədər 100-dən artıq şəhid ailəsinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı onların bank hesablarına vəsait köçürülüb.(trend)

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *