Ceyms Bond haqqında filmin təqdimatı təxirə salındı

Ceyms Bonq haqqında çəkilən “No Time to Die” adlı yeni filmin premyerası koronavirus pandemiyası səbəbindən üçüncü dəfə təxirə salınıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Lenta.ru xəbər yayıb.

Filmin 25-ci hissəsi 2021-ci ilin aprelində çıxmalı idi, lakin nümayiş altı ay müddətinə təxirə salınıb. Film oktyabrın 8-də ekranlarda yayımlanacaq.

Rejissoru Keri Fukunq olan filmdə Kristof Valts, Lea Seydu, Ana de Armas, Ben Uişou və Reyf Fayns iştirak edir.

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *