Fevralın 1-dən repetitorluq fəaliyyətinə icazə veriləcək

“Uşaq bağçalarının fevralın 15-dək açılacağına ümid edirik. Ancaq hələ ki, bununla bağlı proqnoz vermək tezdir”.

Millitribuna.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, repetitorluq xidmətinin isə fevralın 1-dən müəyyən say gözlənilməklə və qaydalara riayət olunmaqla bərpası nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir