Bakıda gənc oğlan bacısının sevgilisini bıçaqladı

Bakıda bacısının sevgilisini öldürməyə cəhd etməkdə ittiham olunan, 1996-cı il təvəllüdlü Sadiq Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Millitribuna.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Sadiq Sadıqov ötən ilin iyulun 25-də, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində bacısı, 1994-cü il təvəllüdlü Zümrüd Sadıqova ilə birlikdə yaşayan, 1987-ci il təvəllüdlü İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirib.

İlkin araşdırmalarla Sadiq Sadıqovun İsmayıl Həmidov ilə həmin gün saat 13 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranıb, sonda da qanlı cinayət baş verib.

İstintaq orqanı tərəfindən Sadiq Sadıqovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir