Peskov: “Münasibətlərimiz Baydendən asılıdır”

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın 46-cı Prezidenti Co Baydenin andiçməsindən sonra iki ölkə arasındakı münasibətlər barədə danışıb.

Millitribuna.az-ın məlumatına görə, o, bildirib ki, bu, heç nəyi dəyişdirməyəcək:

“Baydenin prezident kimi vəzifəsinin icrasına başlaması Rusiya baxımından heç nəyi dəyişdirməyəcək. Rusiya, illərdir olduğu kimi, ABŞ-la yaxşı münasibətlər axtarışında olmağa davam edəcək. Rusiyanın addımları yönündə Vaşinqtondan gələn bir siyasi iradə olub-olmayacağı tamamilə Bayden və komandasından asılıdır”.

Qeyd edək ki, Co Bayden yanvarın 20-də and içərək, vəzifə səlahiyyətlərinin icrasına başlayıb. O, artıq bir sıra həmkarlarından təbriklər alıb.(virtualaz.org)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir