Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək seçkilərdə siyasətçi kimi iştirak etməyəcəyini yenidən təsdiqləyib.
Millitribuna.az xəbər verir ki, bu barədə o, Berlində keçirdiyi mətbuat konfransında bildirib.
«Hökumətin qurulması ilə bağlı son müzakirələr nöqteyi-nəzərindən, Almaniyanın növbəti hökumətinin çox sürətlə qurulmasını istərdim. 2017-ci ildə mən də bunu arzuladım, sonra bu, bir qədər uzandı. Ancaq mən daha heç bir siyasi kontekstdə iştirak etməyəcəyəm”, — kansler söyləyib.
Yeni hökumətin qurulması ilə nəticələnəcək alman bundestaqına seçkilər 26 sentyabrda keçiriləcək. Bundan əvvəl, Almaniya kansleri Angela Merkel 2021-ci ildəki seçkilərdən sonra siyasətdən gedəcəyini açıqlayıb.
Hakim partiyanın kansler vəzifəsinə namizədinin yaxın aylarda müəyyənləşəcəyi bildirilir.
Xatırladaq ki, 16 yanvarda Xristian Demokratik İttifaqı partiyasının onlayn qurultayında Şmali Reyn-Vestfaliyanın baş naziri Armin Laşet sədr seçilib. Onun kansler vəzifəsinə namizəd olacağına dair iddialar irəli sürülür. (Azvision.az)