Ceylodan botoks iddialarına sərt cavab

Müğənni Cennifer Lopez hazırda nişanlısı Aleks Rodriqezlə Karib dənizi sahillərində istirahət edir.

Millitribuna.az axşam.az-a istinadən bildirir ki, İnstaqram hesabından aktiv istifadə edən Ceylo istirahətindən fotolarını da orada paylaşır. Onun bu şəkillərini bir çox insanlar bəyənsə də, bəziləri Lopezin botoks və plastik əməliyyat nəticəsində belə gözəl olduğunu bildirib.

Bundan əsəbiləşən Lopez heç bir plastik əməliyyat keçirmədiyini bildirib:

«Bu, sadəcə mənim üzümdür. 500 milyonuncu dəfə deyirəm: nə əvvəl, nə də indi botoks etdirmişəm. Heç plastik əməliyyat da etirməmişəm».

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *