Azərbaycanda bu avtomobillər dövriyyədən çıxarılacaq

Azərbaycanda köhnə avtomobillər utlizasiya ediləcək. Bunun qarşılığında isə bu avtomobillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək.

Millitribuna.az “Xəzərxəbər”ə istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib. O bildirib ki, artıq layihənin hazırlanmasının sonuncu mərhələsi icra edilir.

Utilizasiya proqramının isə bu işi həyata keçirəcək şirkətlərin və təkrar emal müəssələrinin cəlb edildiyi şirkətlər tərəfindən maliyələşdirilməsi nəzərdə tutulur. Bunun üçün utilizasiya fondu yaradılacaq və avtomobilini təqdim etmiş şəxsə ödəniş olunacaq.

Rasim Səttarzadənin sözlərinə görə, vətəndaş ona təqdim edilən vauçerlə yerli istehsal olan avtomobilləri daha ucuz qiymətə ala biləcək. Xarici istehsal olan yeni avtomabillərin alınmasına görə isə daha az məbləğ veriləcək.

Utilizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomobillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır. Proqamın hazırlanması sonuncə mərhədə olsa da, nə zamandan etibarən tətbiq ediləcəyi və dəqiq olaraq hansı göstəricidə olan avtomobillərə şamil ediləcəyi məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir