Azərbaycanda əhalinin gəlirləri azalıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin rayon və şəhərləri arasında vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlərin təsiri nəticəsində 2020-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar 2020-ci ildə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlirlər azalıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, gəlirlər 2019-cu illə müqayisədə 27,9 faiz azalaraq 6998,4 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5257,0 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 faizini təşkil edib.

2020-ci ildə hər bir ölkə sakini orta hesabla 701,7 manatlıq və ya 2019-cu illə müqayisədə nominal ifadədə 268,3 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir