Türkiyə klubunun yeni baş məşqçisi açıqlandı

Türkiyənin “Qaziantep” komandasına yeni baş məşqçi təyin olunub.

Millitribuna.az xəbər verir ki, Super Liqa təmsilçisinin sükanı portuqaliyalı mütəxəssis Rikardu Sa Pintuya tapşırılıb.

49 yaşlı baş məşqçi ilə 2,5 illik müqavilə imzalanıb. Sa Pintu bu vəzifədə bir neçə gün öncə istefaya göndərilmiş Mariuş Şumuditsanı əvəzləyib.

Qeyd edək ki, daha əvvəl ölkəsinin “Sportinq” və “Braqa” klublarına başçılıq etmiş Rikardu Sa Pintu Serbiyada “Srvena Zvezda”, Belçikada “Standard” və Polşada “Legiya” kimi komandalarda da işləyib.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir