Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırdı

Qazaxıstan Azərbaycandan pomidor idxalını dayandırıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, qadağaya səbəb yanvarın 2-dən 12-dək Azərbaycandan idxal olunan pomidorlarda qəhvəyi meyvə qırışı virusunun aşkarlanmasıdır.

İdxala qadağa yanvarın 16-dan qoyulub.(qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir