«Konsertdən qazandığım 11 mini qazilərin əməliyyatına bağışladım»

Müğənni Şəbnəm Tovuzlu Rusiyada konsert verdiyi üçün ünvanına deyilən tənqidlərə münasibət bildirib.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, bir aydır Rusiyada olan sənətçi orada toy məclislərinə də qatılıb. Onun İnstaqramda paylaşımlarına isə istifadəçilər mənfi şərhlər yazıblar.

Şəbnəm bildirib ki, konsertdən qazandığı pulu xeyriyyə işlərinə ayırıb:

«Mənə qarşı haqsız tənqidlər yazılır. Rusiyaya gəlməyim, konsert verməyim o qədər müzakirə olundu ki… Mən etdiyim xeyriyyə işlərini açıb danışmıram. Amma bu qədər təhqirə layiq deyiləm. Konsertdən qazandığım puldan 11 min dollar iki qazimizin əməliyyatına ayrılıb. Hazırda Bakıda deyiləm, amma qayıdanda həmin qaziləri ziyarət edib, video paylaşacam. Onların müalicəsi üçün nə lazımdırsa, öz boynuma götürmüşəm».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *