«20 gün evdən çıxmadım» — Covid-19-a yoluxan Sevda

Əməkdar artist Sevda Ələkbərzadə koronovirus infeksiyasına yoluxmasından danışıb.

Millitribuna.az xəbər verir ki, müğənni «MTV Azərbaycan»a açıqlamasında evdə müalicə aldığını bildirib:

«Virusa yoluxdum, evdə müalicə aldım və sağaldım. Hərə bu xəstəliyi bir cür keçirir. Hələ də virusa inanmayan insanlar var, onları anlamıram. Əvvəldən bu virusun varlığına inandım. İki həftə yox, 20 gün evdən küçəyə çıxmadım».

Sevda toya gedən müğənnilərdən də söz açıb:

«Mənim gəlir yerim toy deyil deyə, o qədər də çətin durum deyil. Onsuz alışqan deyildim toylara getməyə. Elə el şənlikləri var ki, konsert kimidir. Səviyyəli səhnə qurulur. Müğənninin toya getməsi normaldır. Hər zaman demişəm ki, toyu səhnəyə gətirmək lazım deyil. Hər kəs toya gedir və ailəsini dolandırır. Bunu qınamaq lazım deyil».

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *