Lavrov: “Qərb siyasətçiləri Navalnıdan istifadə edir”

“Qərb siyasətçiləri daxildəki böhrandan diqqəti yayındırmaq üçün Aleksey Navalnı hekayəsindən istifadə edir”.

Millitribuna.az-ın xəbərinə görə, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik böyük mətbuat konfransında deyib.

“Biz indi onların Aleksey Navalnının Rusiyaya qayıtması xəbərindən necə istifadə etməyə çalışdığını görürük. Görürük ki, onlar bu məsələ ilə bağlı şərh verməkdən necə xoşbəxtdirlər. Bir-birini təkrar edən şərhlər. Qərb siyasətçiləri düşünür ki, bu hekayə ilə onlar ictimaiyyətin diqqətini inkişafın liberal modelindəki problemlərdən yayındıracaqlar. Düşünürəm ki, biz Qərb ölkələrindəki problemləri izah etmək üçün səbəblər tapmamağa çalışmalıyıq. Siz daxildəki problemlərinizi həll etmək üçün ədalətli oynamalı və doğru şəkildə əməkdaşlıq etməlisiniz”, – deyə S. Lavrov qeyd edib.(apa)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir