AzTV 5 min manat cərimələnib

Milli Televiziya və Radio Şurası teleradio yayımçılarının mütəmadi monitorinqlərinin aparılması nəticəsində qanun pozuntusuna yol vermiş yayımçılar barəsində tətbiq edilən müvafiq sanksiya tədbirlərini açıqlayıb.

Şuradan verilən məlumata görə, Şuranın 20 aprel 2020-ci il tarixli 4/1 saylı Qərarın əsasən ARB televiziya kanalının efiri 6 saatlıq, 6 may 2020-ci il tarixli 5/1 və 5/2 saylı Qərarlarına uyğun olaraq ATV və LİDER televiziya kanallarının efiri 1 saatlıq, 8 may 2020-ci il tarixli 6/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 1 saatlıq, 13 may 2020-ci il tarixli 7/2 və 7/3 saylı Qərarlarına uyğun olaraq XƏZƏR və ARB televiziya kanallarının efiri 1 saatlıq, 20 may 2020-ci il tarixli 8/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 04 avqust 2020-ci il tarixli 9/1 saylı Qərarına əsasən SPACE televiziya kanalının efiri 3 saatlıq, 14 avqust 2020-ci il tarixli 11/1 və 11/2 saylı XƏZƏR və ARB televiziya kanallarının efiri 3 saatlıq, 17 avqust 2020-ci il tarixli 12/1 və 12/2 saylı ATV və LİDER televiziya kanallarının efiri 3 saatlıq müddətə dayandırlılmışdır.

Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.11-ci maddəsinə əsasən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AZTV kanalı) barəsində 08 may 2020-ci il tarixdə inzibati protokol tərtib edilərək müvafiq rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən qeyd olunan pozuntuya görə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-ə 5000 manat cərimə cəzası tətbiq edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir